Rusiyanın dünyada analoqu olmayan yeni silahı – VİDEO

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidUran-9
Uran-9 - Sputnik Azərbaycan
Abunə olmaq
"Uran-9" şəxsi heyətin təhlükəsizliyi, onu düşmən ordusunun atəşi altından çıxarmaq üçün nəzərdə tutulub

BAKI, 8 may — Sputnik. Rusiya Müdafiə Nazirliyi dünyada analoqu olmayan "Uran-9" robot komplekslərinin görüntülərini yayımlayıb. Sputnik Azərbaycan xəbər verir ki, kadrlar qurumun rəsmi "Youtube" kanalına yüklənib.

Görüntülərdə balaca tank formasında olan pilotsuz hərbi qurğunun müxtəlif hava və coğrafi şəraitdə işi nümayiş olunur. "Uran-9" kompleksi maneələri aşma, seçilən hədəfləri vurmaq, hərbi məntəqələri qorumaq kimi bır sıra vəzifələrin öhdəsindən gəlir.

Silah idxalcilari - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Dünyanın ən iri silah idxalçıları bu ölkələrdir - İNFOQRAFİKA

Çoxfunksiyalı robot nəyinki canlı qüvvə və yüngül zirehli texnikanı, hətta tankları və ciddi şəkildə qorunan obyektləri məhv etməyə imkan verən güclü silahlarla təchiz olunub. "Uran-9" şəxsi heyətin təhlükəsizliyi, onu düşmən ordusunun atəşi altından çıxarmaq üçün nəzərdə tutulub.

"Uran-9" kompleksi tank əleyhinə idarə olunan bilən "Hücum" raketləri, 30 millimetrlik 2A72 top və 7,62-millimetr pulemyotla təchiz olunub.

Mütəxəssislər qeyd edirlər ki, "Uran-9" kompleksi özü hədəfləri müəyyənləşdirir, lakin onları vurmaq qərarını komandir verir. Robotu 3 kilometr məsafədən idarə etmək olur. Əgər eyni zamanda 4 robotdan istifadə olunsa, onda bu sistemləri 6 kilometr məsafədən də idarə etmək olur.

"Uran-9" kompleksləri ilk dəfə sabah Moskvada Qırmızı Meydanda baş tutacaq hərbi paradda nümayiş olunacaq.

Qeyd edək ki, Rusiya "Uran-9" kompleksləri ilə yanaşı "Uran-6" mina aşkarlama və zərərsizləşdirmə, həmçinin "Uran-14" yanğınsöndürən robotlarını yaradıb. Bu qurğular Palmirada minaların təmizlənməsi də daxil olmaqla Suriyada əməliyyatlar zamanı uğurla sınaqdan keçirib.

Xəbər lenti
0