Bəxt üzünə güldü, kişilərin ən yaraşıqlısı seçildi

© Photo : Youtube / BWET Swimwearİspaniyanın ən yaraşıqlı kişisi müsabiqəsi
İspaniyanın ən yaraşıqlı kişisi müsabiqəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Qalib finalda iştirak edə bilmədiyi üçün onun əvəzinə ikinci yerə çıxmış Kolyado getdi və dünyanın ən yaraşıqlısı seçildi.

BAKI, 8 may — Sputnik. Los Realexos şəhərində "İspaniyanın ən yaraşıqlı kişisi" müsabiqəsində 52 oğlan iştirak edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, müsabiqə iştirakçıları İspaniyanın bütün əyalətlərini, eləcə də muxtar şəhərini — Seutu və Melilyunu təmsil ediblər.

Müsabiqə çərçivəsində iştirakçılar milli geyimlərdə, ciddi kostyumlarda və çimərlik formasında görünüblər. Onlar həmçinin aparıcıların suallarını cavablandırıblar.

Nəticədə müsabiqənin qalibi Valyadolida Xesus Kolyado olub. O, 2018-ci ilin ən yaraşıqlı kişisi titulunu qazanıb. Onun qalibiyyəti sürpriz olub. Çünki o, regional müsabiqədə ikinci yeri tutubmuş. Ancaq qalib finalda iştirak edə bilmədiyi üçün onun əvəzinə Kolyado gedib.

25 yaşlı Kolyado ibtidai siniflər üzrə ingilis dili və bədən tərbiyəsi müəllimidir. Gələcəkdə isə polis olmağı düşünür.

Xatırladaq ki, "Mister İspaniya" müsabiqəsi 2013-cü ildən keçirilir.

Xəbər lenti
0