Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki qıza təcavüz edib yandırdılar

© AFP 2022 / SAJJAD HUSSAINHindistanda təcili yardım avtomobili
Hindistanda təcili yardım avtomobili - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Hadisə ilə bağlı 19 yaşlı gənc həbs edilib.

BAKI, 8 may — Sputnik. Hindistanın Çarkand əyalətində 17 yaşlı qıza təcavüz etdikdən sonra üzərinə yağ tökərək yandırıblar. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, cümə günü baş verən hadisə zamanı ağır yanan qızın vəziyyəti kritikdir. Həkimlər qızın bədənin 70 faizinin yandığını bildirir.

Hadisə ilə bağlı 19 yaşlı gənc həbs edilib.

Çarkandda eyni gündə bənzər başqa bir hadisə də baş verib. Ailəsi toyda olan 16 yaşlı qızın evinə girən 4 kişi ona təcavüz edib. Hadisə ilə bağlı cinayətkarlar 750 dollar pul cəzası ilə cəzalandırılıblar. Qərardan narazı olan təcavüzkarlar evə girərək qızın ailəsini döyüblər, qızı isə diri-diri yandırıblar.

Qeyd edək ki, 2016-cı ildə Hindistanda 40 min belə hadisə baş verib. 2012-ci ildə isə universitet tələbəsinin paytaxt Yeni Dehlidə avtobusda bir dəstə adamın təcavüzünə məruz qalması dünyanın gündəminə düşmüşdü. Bu hadisədən sonra hökumət təcavüz etməkdə günahlandırılanların 20 illik həbs cəzasına məhkum edilməsi barədə qanunu qəbul edib. Lakin bir çox cinsi təcavüz hallarının ailələr arasındakı razılıq əsasında ört-basdır edildiyi bildirilir.

Polisin verdiyi məlumatlara görə, təkcə paytaxt Yeni Dehlidə hər gün orta hesabla 5 qadına təcavüz edilir.

Xəbər lenti
0