Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Güclü sevgi də zərərli imiş

CC0 / viamir / On A YachtGənc cütlük, arxiv şəkli
Gənc cütlük, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Araşdırma zamanı şəxslərin cinsi, çəkisi, sağlamlıq vəziyyəti də nəzərə alınıb

BAKI, 8 may — Sputnik. Güclü məhəbbətin əsas təhlükəsi müəyyən edilib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Amerika Universitetinin alimi Kris Faqundesin rəhbərliyi ilə aparılan araşdırma zamanı müəyyən edilib ki, sevdiyi insanı itirmiş insanların ilk 3 ay ərzində ürəyin dayanması nəticəsində ölüm riski böyük olur.

Araşdırmada 51-80 yaş arasnda iki qrup 65 insan iştirak edib. Onlardan 30 nəfəri boşanmışlar olub, 35 nəfər isə qrupa müqayisə üçün alınıb. Araşdırma zamanı şəxslərin cinsi, çəkisi, sağlamlıq vəziyyəti də nəzərə alınıb.

Müəyyən edilib ki, birinci qrupun 47 faizində qanda iltihabi proseslərə rəvac verən sitokinlər artır, ürək çatışmazlığıan səbəb olan ürək ritmi tez-tez aşağı olur. 41 faizi ürək çatışmazlığından dünyasını dəyişir.

Sitokinlər hüceyrələr arasındakı siqnalda iştirak edən zülallardır. Onlar immun hüceyrələrdən (əsasən lenfositlərdən) meydana gəlir və iltihabın aktivləşdirilməsi və ya basdırılması da daxil olmaqla bir neçə funksiyanı yerinə yetirir.

Xəbər lenti
0