CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Evimizə qayıtmaq istəyirik" — VİDEO

Abunə olmaq
Çarxda doğulub boya-başa çatdığı evin (torpağın) insan üçün önəmi vurğulanır

BAKI, 8 may — Sputnik. Şuşa şəhərinin erməni qəsbkarları tərəfindən işğal olunmasının növbəti ildönümü ərəfəsində sosial şəbəkələrdə Qarabağla bağlı maraqlı videoçarx yayılıb. Videoçarx evindən məhrum olmuş insanlara həsr olunub.

İngilis dilində olan çarxda "Evimizə qayıtmaq istəyirik" – (We want back home) şüarı əsas süjet xətti kimi lentə alınıb.

Çarxda doğulub boya-başa çatdığı evin (torpağın) insan üçün önəmi vurğulanır. Qeyd edilir ki, hər bir insan üçün ev ilk addımlarını atdığı yer, pəncərəsindəki mənzərə, babası ilə ilk əkdiyi ağac, anasının bişirdiyi keks, qeyd edilən bayramlar kimi assosiasiya olunur. Nikbin notlarla başlayan çarxda 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün bu cür imkanlardan məhrum olduğu xatırladılır. Ermənistanın işğalçı siyasəti nəticəsində onların ata-baba torpaqlarından, evlərindən didərgin düşdükləri diqqətə çatdırılır. 

Video çarxı mətni ilə birgə təqdim edirik:

Home is my comfort zone.

The place where i took my first steps

That view from my window

That tree planted by grandfather

That smell of moms freshly baked cake

Those noisy holiday celebrations

Home is my family

One million people in Azerbaijan are deprived such possibilities

It has been long time since Armenia occupied their homes

#we want back home

 

Xəbər lenti
0