Azərbaycanda maraqlı hadisə: Polis rəisi polisləri cərimələdi

© Sputnik / Murad OrujovPost Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli
Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Onlar 150 manat dəyərində cəriməni ödədikdən və pərdələri çıxardıqdan sonra avtomobillərini cərimə meydançasından götürə biliblər

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 8 may — Sputnik. Adətən vətəndaşları polis əməkdaşları cərimələyir. Bu dəfə isə əksinə olub, polis əməkdaşlarının özlərini cərimələyiblər. Təəccüblənəcəksiz, amma bu hal məhz Azərbaycanda, Qusar rayonunda baş verib. 4 nəfər polis əməkdaşı inzibati qaydada cərimələnib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumatına görə, onları elə rayonun polis şöbəsinin rəisi Zaur Bədəlov cəzalandırıb.
Qusar RPŞ-nin 4 əməkdaşının avtomobillərində nəqliyyat vasitələrinin yan şüşələrində qadağan edilən pərdə olduğuna görə, onlar cərimə ödəməli olublar.

Onlar 150 manat dəyərində cəriməni ödədikdən və pərdələri çıxardıqdan sonra avtomobillərini cərimə meydançasından götürə biliblər.

Xəbər lenti
0