Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq: “Azərbaycan-Rusiya əlaqələrinin müsbət nəticələri olacaq”

© Sputnik / Murad OrujovFikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru
Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Fikrət Sadıxov deyir ki, prezidentlərin münasibətləri ölkələr arasında əlaqələrin inkişafına təkan verir

Fikrət Sadıxov: “Azərbaycan-Rusiya münasibətləri strateji partnyorluqdur”
“Azərbaycan-Rusiya münasibətləri strateji partnyorluq xarakteri daşıyır”. Bunu politoloq Fikrət Sadıxov Vladimir Putinin yeni prezidentlik dönəminin Azərbaycan-Rusiya münasibətlərinə təsirlərini Sputnik Azərbaycan-a şərh edərkən deyib.

Politoloq bildirib ki, bu münasibətlər müxtəlif sahələrdə inkişaf edir: 

“Bizim ölkələrimizi bir sıra layihələr birləşdirir. Düşünürəm ki, bu layihələrin müsbət nəticələri olacaq və hər iki ölkə bundan faydalanacaq. Həmçinin prezidentlərin münasibətləri ölkələr arasında əlaqələrin inkişafına təkan verir. Bu, özlüyündə mühim amildir və inanıram ki, iki ölkə arasındakı münasibətlər bundan sonra da müxtəlif sahələrdə inkişaf edəcək”.

Qeyd edək ki, mayın 7-də Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilib. 

Xəbər lenti
0