Azərbaycan Avropa İttifaqından birmənalı mövqe gözləyir - Tələb

© cont.wsAvropa İttifaqı
Avropa İttifaqı - Sputnik Azərbaycan
Abunə olmaq
"Avropa İttifaqı Suriyadan gələn ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində deyil, Ermənistanda yerləşdirilməsini dəstəkləməlidir"

BAKI, 8 may — Sputnik. Bu gün Bakıda Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyası keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, sessiya zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar və mövcud vəziyyət ətrafında müzakirələr aparılıb.

Müzakirələrdə çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Kamil Xasıyev bildirib ki, Dağlıq Qarabağ kimi münaqişələr regionda sabitliyin və təhlükəsizliyin pozulması ilə nəticələnir: "Belə münaqişələr Avropa İttifaqından kənarda baş verir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Azərbaycan torpaqlarının işğalı pislənilib, ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə olunub. BMT Baş Assambleyası da Qarabağ münaqişəsi ilə bağlı 3 sənəd qəbul edib".

Вид на комплекс Flame Towers в Баку - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Bakıda Avropa İttifaqı – Azərbaycan forumu keçiriləcək

"Bundan başqa, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, GUAM da eyni mövqe sərgiləyib. Beynəlxalq ictimaiyyətin rəyinə baxmayaraq, Ermənistan işğal olunmuş torpaqları azad etməyib, bu torpaqlarda hərbi gücünü saxlayır, o torpaqlardan qovulmuş yüz minlərlə azərbaycanlının torpaqlarına qayıtmasının qarşısını alır. Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli mümkün olmur" — K.Xasıyev bildirib.

XİN nümayəndəsi eyni zamanda qeyd edib ki, Avropa İttifaqı işğal olunan Azərbaycan ərazilərində hüquqi və fiziki şəxslərin fəaliyyətinin qarşısını almalıdır: "Avropa İttifaqı mal və xidmətlərin işğal olunmuş ərazilərə çatdırılmasının qarşısını ala bilər. Avropa İttifaqının Azərbaycanın işğal olunmuş ərazilərində hüquqi və fiziki şəxslərin fəaliyyətinin qarşısını almasına gözləyirik. Bu fikirlər xarici işlər naziri Elmar Məmmədyarovun Avropa İttifaqının komissarı Federika Mogeriniyə göndərdiyi məktubda da əksini tapıb. Avropa İttifaqı Suriyadan gələn ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində deyil, Ermənistanda yerləşdirilməsini dəstəkləməlidir".

Xasıyev əlavə edib ki, Azərbaycan Avropa İttifaqından ərazi bütövlüyü ilə bağlı birmənalı mövqe gözləyir: "Avropa İttifaqı ilə Ermənistan arasında imzalanan sazişlərdə Azərbaycanın ərazi bütövlüyü məsələsi ilə bağlı birmənalı mövqe yer almayıb. İnanırıq ki, bu kimi hallar Avropa İttifaqı və Azərbaycan arasında münasibətlərə kölgə salmayacaq".

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə öz çıxışında qeyd edib ki, 1994-cü ildə Azərbaycana ATƏT-in Minsk Qrupu "sıranıb": "Əgər BMT qətnamələri yerinə yetirilməyəcəksə, ATƏT-in Minsk Qrupu nəyə lazımdır? Biz müharibə istəmirik. Ancaq nə qədər gözləməliyik? Dağlıq Qarabağda Azərbaycanın suverenliyi bərpa olunmalıdır. Avropanın ədaləti, demokratiyası budurmu? Bu sualı mənə dəfələrlə seçicilər də ünvanlayıb".

Xəbər lenti
0