Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspert: “Universitetlərə mərhələli şəkildə müstəqillik verilməlidir”

© Sputnik / Murad OrujovTəhsil eksperti Nadir İsrafilov
Təhsil eksperti Nadir İsrafilov - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil eksperti Nadir İsrafilov deyir ki, bu məsələ təhsilə dair dövlət strategiyasında da öz əksini tapıb

Nadir İsrafilov: “Rektorun təklifi dəstəklənməlidir”
Ali iqtisadi təhsil bazarında ədalətsiz rəqabət riski var. Bu rəqabəti təmin etmək üçün ali təhsil müəssisələrinə tədris standartlarının hazırlanmasında müstəqillik verilməsi qaçılmazdır. Bunu “Heydər Əliyev və Azərbaycan ali iqtisad təhsili” mövzusunda respublika elmi-praktiki konfransında çıxışında UNEC-in rektoru, professor Ədalət Muradov deyib.

Təhsil eksperti Nadir İsrafilov rektorun fikirlərini Sputnik Azərbaycan-a şərh edərkən deyib ki, bu məsələ təhsilin inkişafı üzrə Dövlət Strategiyasında da öz əksini tapıb: 

“Universitetlərə kadr, metodiki məsələlərdə müstəqillik verilməsi Strategiyada göstərildiyi kimi mərhələli şəkildə tətbiq olunacaq. Dünya universitetlərində bu müstəqillik var. Onlar tələbə seçimi, maddi-texniki bazalarının möhkəmləndirilməsində sərbəstdirlər. Hesab edirəm ki, bu təklif dəstəklənməlidir”.

Xəbər lenti
0