CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabirabadda 17 yaşlı yeniyetməni "tok" vurub öldürdü

© Sputnik / Anar MustafayevЭлектрическая розетка, фото из архива
Электрическая розетка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Onu elektrik cərəyanı vurub və nəticədə yeniyetmə dünyasını dəyişib

BAKI, 7 may — Sputnik. Sabirabad rayonunda cərəyan vurması nəticəsində ölüm hadisəsi baş verib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, Saatlının 2001-ci il təvəllüdlü Mustafabəyli kənd sakini Abbasov Elvin Nizami oğlu Sabirabadın Qalağayın kəndində yaşayan dayısıgilə gedib.

İlkin məlumata görə, orada işlək vəziyyətdə olan su mühərrikinə toxunması nəticəsində onu elektrik cərəyanı vurub və nəticədə yeniyetmə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0