SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistanın keçmiş rəhbərliyi seçimini etdi

© Sputnik / Nelli DanielyanEduard Şarmazanov və Yerevan meri Taron Marqaryan, Yerevan, 7 may 2018-ci il
Eduard Şarmazanov və Yerevan meri Taron Marqaryan, Yerevan, 7 may 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz irəli sürülən namizədin, hazırkı halda Paşinyanın lazımı səslər yığmasına köməklik edəcəyik"

BAKI, 7 may — Sputnik. "Ermənistanın hakim Respublikaçı Partiyası (ERP) müxalifət lideri Nikol Paşinyanın baş nazir seçilməsini təmin edəcək". Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin vitse-spikeri, ERP-in icra orqanının üzvü Eduard Şarmazanov bildirib.

"Biz irəli sürülən namizədin, hazırkı halda Paşinyanın lazımi səslər yığmasına kömək edəcəyik. Partiya və fraksiyanın qərarı ilə bizim deputatlar ona səs verəcəklər", — deyə Şarmazanov vurğulayıb. 

Serj Sarkisyan. Arxiv şəkli - Sputnik Azərbaycan
Serj Sarqsyan partiya sədrliyindən də getdi

O, neçə deputatın müxalifətçiyə səs verəcəyini açıqlamayıb.

Qeyd edək ki, mayın 8-i Ermənistan parlamentində ölkənin baş naziri seçiləcək. Baş nazir postuna yalnız müxalifət lideri Nikol Paşinyanın namizədliyi irəli sürülüb.

Xatırladaq ki, Ermənistanın baş naziri Serj Sarqsyan aprelin 23-də uzun müddət davam edən etiraz aksiyalarından sonra istefa verməyə məcbur olub. Mayın birində isə Ermənistan parlamentinin yeni baş nazirin seçilməsi ilə bağlı xüsusi iclası keçirilib.

Ermənistan parlamenti Nikol Paşinyanın baş nazir postuna namizədliyini dəstəkləməyib. Paşinyanın lehinə cəmi 45 deputat səs verib. Onun Ermənistanın baş naziri seçilməsi üçün 53 səs tələb olunub. Səsvermədə baş nazir seçilə bilməyən müxalifət lideri Nikol Paşinyan ölkədə ümummilli tətil elan edib.

Xəbər lenti
0