İsrail başqa ölkənin prezidentini öldürməklə hədələdi

© REUTERS / Omar SanadikiSuriyada vəziyyət
Suriyada vəziyyət - Sputnik Azərbaycan
Abunə olmaq
İsraildən Suriya və İrana sərt xəbərdarlıq

BAKI, 7 may — Sputnik. İsrailin Energetika və Təbii Sərvətlər naziri Yuval (Yuval Steinitz) Suriya prezidenti Bəşər Əsədi bundan sonra da öz ölkəsində İrana fəaliyyət göstərməsinə imkan verəcəyi təqdirdə öldürüb, onun rejimini devirməklə hədələyib. Sputnik Türkiyə xəbər verir ki, bunu yəhudi nazir İsrail KİV-ə müsahibəsində bildirib.

"Əgər Suriya prezidenti Bəşər Əsəd iranlılara bundan sonra da Suriyada fəaliyyət göstərməsinə izn verərsə, onda İsrail onu öldürəcək və onun rejimini devirəcək", — deyə Yuval Ştayniç bildirib.

O, eyni zamanda "Əsədin sağ qalmasında maraqlı olanları" onu İsrailə qarşı aqressiv fəaliyyətə mane olmalı olduğuna inandırmağa çağırıb.

Qeyd edək ki, İsrail baş naziri Binyamin Netanyahu ötən gün bəyan edib ki, İranın Suriyada mövcudluğu məsələsini mayın 9-u Rusiyaya planlaşdırılan səfəri zamanı prezidenti Vladimir Putinlə müzakirə etmək niyyətindədir.

Xəbər lenti
0