BAKI, 7 may — Sputnik. Prezident İlham Əliyev Kamran İmanovun Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. Sputnik Azərbaycan bu barədə prezidentin rəsmi saytına istinadən məlumat verir.
Sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb dövlət başçısına təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib dövlət başçısına məlumat vermək tapşırılıb.