Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bu şəxsi tanıyanlar təcili polisə xəbər verməlidirlər

© Sputnik / Anar MustafayevЗдание Министерства внутренних дел Азербайджанской Республики
Здание Министерства внутренних дел Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Tanıyanlardan və barəsində məlumatı olanlardan polisə xəbər vermələri xahiş olunur

BAKI, 7 may — Sputnik. Mayın 7-də Səbail rayonu ərazisindəki M.F.Axundov adına parkda bir nəfərin köməksiz vəziyyətdə olması barədə vətəndaşlar polisə məlumat veriblər. Bu barədə Sputnik Azərbaycan DİN mətbuat xidmətinə istinadən məlumat verir.

Həmin şəxs polis əməkdaşları tərəfindən 9-cu Polis Bölməsinə gətirilib. Danışığı qüsurlu olduğu və heç nəyi xatırlamadığı üçün o, özü və yaxınları haqqında məlumat verə bilməyib.

© Photo : DİN mətbuat xidmətiAxundov adına parkda köməksiz vəziyyətdə tapılan şəxs
Axundov adına parkda köməksiz vəziyyətdə tapılan şəxs - Sputnik Azərbaycan
Axundov adına parkda köməksiz vəziyyətdə tapılan şəxs

Polis Bölməsində ona ilkin tibbi yardım göstərlib və F.Əfəndiyev adına 2 saylı Kliniki Xəstəxanaya yerləşdirilib.

Şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, 437-02-02 (Səbail RPİ) və 492-02-02 (9-cu PB) nömrələrinə zəng vurmaları xahiş olunur.

Xəbər lenti
0