Bu ərazilərdə yaşayanların diqqətinə

© Photo : ASAN Xidmətin mətbuat xidmətiSəyyar ASAN xidmət avtobusu
Səyyar ASAN xidmət avtobusu - Sputnik Azərbaycan
Abunə olmaq
Səyyar ASAN xidmət 10 may-9 iyun İmişli rayonunda, 11-25 may Buzovna qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək

BAKI, 7 may — Sputnik. Səyyar ASAN Xidmət 20 aprel-19 may Şirvan şəhərində, 23 aprel-7 may Binə qəsəbəsində, 1-15 may Ağdaş, Qovlar şəhərlərində, 1-25 may Şabran rayonunda, 1-30 may Biləsuvar, Zaqatala şəhərlərində, 7-26 may Ağstafa rayonunda, 8 may-6 iyun Xırdalan şəhərində, 10 may-9 iyun İmişli rayonunda, 11-25 may Buzovna qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

"ASAN Xidmət"in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Qəbələ regional “ASAN xidmət” mərkəzinin binası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sabah "ASAN xidmət"də yalnız bu xidmət göstəriləcək

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

Əmək pensiyalarının təyin edilməsi;

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezidentdən "ASAN xidmət"lə bağlı daha bir sərəncam

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Qeyd edək ki, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Xəbər lenti
0