CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həyatla ölüm arasında ağır mübarizə: Sağalması bizim əlimizdədir, yoxsa Tanrının?

© Sputnik / Rahim MuradovFatimə Eyvazova
Fatimə Eyvazova - Sputnik Azərbaycan
Abunə olmaq
"Yeməyini əlimdə əzirəm, su kimi edib tökürəm boğazına"

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 6 may — Sputnik. Xəstəliyə düçar olan insanın sağalması görəsən bizim əlimizdədir, yoxsa Tanrının? Belə deyirlər ki, "Yaradan deyib, səndən hərəkət, məndən bərəkət". Yəni xəstə birinin sağalması üçün də gərək əvvəlcə bəndə bir iş görsün ki, Tanrı da səbəb salsın.

Masallı şəhərinin 3 yaşlı sakini Fatimə Eyvazovanın da həm Tanrının, həm də bəndələrinin yardımına ehtiyacı var. Hazırda 3 yaşı olmasına baxmayaraq, Fatimə 11 aylığından, demək olar, yaşamır. İki ildən çoxdur həyatla ölüm arasında ağır mübarizə aparır, ciddi əziyyət çəkir.

© Sputnik / Rahim MuradovFatimə Eyvazova
Fatimə Eyvazova - Sputnik Azərbaycan
Fatimə Eyvazova

Anası Azadə Eyvazova Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirir ki, Fatimə normal uşaqlar kimi dünyaya gəlsə də, 11 ayından sonra günü-gündən geriləməyə başlayıb: "Normal uşaqlar kimi, normal xəstəxana şəraitində doğulub. 11 aylığından geriləməyə, zəifləməyə başladı. Rayonumuzun Lürən kəndində bir həkimə apardıq. Həmin həkim dedi ki, iflic xəstəliyidir. Üç dəfə Bakıya apardıq və Uşaq Nevroloji Xəstəxanasında yatırtdıq. Lakin imkanımız olmadı ki, müalicəni davam etdirək, uşağı götürüb gətirdik evə".

© Sputnik / Rahim MuradovFatimənin anası Azadə Eyvazova
Fatimənin anası Azadə Eyvazova - Sputnik Azərbaycan
Fatimənin anası Azadə Eyvazova

Ötən ay isə Fatimə epilepsiya keçirib və bundan sonra vəziyyəti daha da pisləşib: "Epilepsiya olandan sonra beyni pozuldu. İndi də həkimlər deyir ki, bu uşağın müalicəsi yalnız Bakıdadır. Nə uşağın, nə də bizim gecə-gündüzümüz yoxdur. Gecə-gündüz hey ağlayır, sızlayır. Nevroloji xəstəxanada müalicə aldığı vaxtlar yaxşı idi. Yuxusu normallaşmışdı, sakitləşirdi, hətta əl ayaqlarını sərbəst tərpədə bilirdi. Yeməyi də yaxşı idi. İndi getdikcə dala gedir. Xörək yeyə bilmir deyə yeməyi əlimdə əzib tökürəm boğazına ki, qidalansın. Onu da uda bilmir, az qalır qaytarsın. Vitaminsizlikdən bütün dişləri çürüyüb töküldü".

© Sputnik / Rahim MuradovFatimə 11 aylıq olanda ona uşaq serebral iflici diaqnozu qoyulub
Fatimə 11 aylıq olanda ona uşaq serebral iflici diaqnozu qoyulub - Sputnik Azərbaycan
Fatimə 11 aylıq olanda ona uşaq serebral iflici diaqnozu qoyulub

Çarəsiz ana deyir ki, ailənin indi Fatiməni müalicə etdirməyə maddi imkanı yoxdur: "İmkansızlıqdan müalicəsini davam etdirə bilmirik. Hər dəfə aparanda 400-600 manat xərcimiz çıxırdı. Həkim bizə deyirdi, ay yarımdan sonra gətirin, davam edək müalicəsini. İndi də qalmışıq, pulumuz yoxdur ki, balamızı müalicə etdirək".

© Sputnik / Rahim MuradovFatimənin valideynləri Elşən və Azadə Eyvazovlar
Fatimənin valideynləri Elşən və Azadə Eyvazovlar - Sputnik Azərbaycan
Fatimənin valideynləri Elşən və Azadə Eyvazovlar

Göz yaşlarına hakim ola bilməyən ana körpəsinin müalicəsi üçün xeyirxah insanlardan yardım istəyir: "Hamıdan artıq dərəcədə xahiş edirəm, balama kömək edin! Heç olmazsa, bir həkim tapılsın ki, balamı müalicə etsin. Və ya imkanlı şəxs olsun, müalicəsinə yardım etsin. Balamın yaşıdlarına baxıram, ürəyim parçalanır".

Fatimənin atası Elşən Eyvazov isə deyir ki, qızına Bakıda yerləşən Uşaq Nevroloji Xəstəxanasına "serebral uşaq iflici" diaqnozu qoyulub. Çarəsiz ata da imkanlı şəxslərdən onlara yardım etməyi xahiş edir: "Mən bilirəm, hər kəsi başa düşürəm, indi vəziyyət çox çətindir. Amma Azərbaycan xalqı yardımsevərdir, xeyirxahdır. Xahiş edirəm ki, qızımın müalicəsi üçün bizə yardım etsinlər. Heç olmazsa, özü-özünü idarə edə bilsin".

© Sputnik / Rahim MuradovElşad Eyavozovun adına açılmış bank hesabının rekvizitləri
Elşad Eyavozovun adına açılmış bank hesabının rekvizitləri - Sputnik Azərbaycan
Elşad Eyavozovun adına açılmış bank hesabının rekvizitləri

Fatimə Eyvazovanın müalicə olunmasına yardım edəcək xeyirxah şəxslərin pul köçürmələri üçün valideynləri bank hesabı da açıblar. Balaca Fatiməyə yardım etmək istəyənlər "Bank Respublika"da bu hesaba 380194402561511401 vasitəsilə pul köçürə bilərlər.

Xəbər lenti
0