BAKI, 6 may — Sputnik. "İsrail şimal sərhədləri yaxınlığında düşmən İranın hərbi mövcudiyyətinə imkan" verməyəcək. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu baş nazir Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasında deyib.
Baş nazir İranın Suriyada hərbi mövcudiyyətinin güclənməsini İsrailə qarşı yönəldilmiş addım kimi dəyərləndirib. Onun sözlərinə görə, son aylar İran İslam Keşikçiləri Korpusundan olan hərbçilər döyüş bölgəsinə həm müdafiə, həm də hücum xarakterli silahlar, o cümlədən zərbə pilotsuz aparatları, hava hücumundan müdafiə vasitələri və "yer-yer" tipli raketlər yerləşdirilər.
"Biz, bu hətta münaqişə anlamına gəlsə belə, özümüzə qarşı İran təcavüzünün qarşısını almaq əzmindəyik. Sonra olmaqdansa, indi olsun" — deyə Netanyahu əlavə edib.
O, əlavə edib ki, İsrail vəziyyəti gərginləşdirmək istəmir, amma istənilən ssenariyə hazırdır. Baş nazirin iddiasına görə, vaxtında hərəkət etməyə hazır olmayan ölkələr sonra səhvlərinə görə daha böyük qiymət ödəyirlər.