CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yol Polisinin “BMW”-ləri satışa çıxarılır

Abunə olmaq
DİN-ə məxsus 2007-ci ildə istehsal edilən “BMW-320”-nin hərrac qiyməti 5200 manatdır

BAKI, 5 may — Sputnik. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) mayın 15-də hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Komitədən Sputnik Azərbaycan-a verilən məlumata görə, hərraca ümumilikdə on avtomobil çıxarılacaq.

Hərraca çıxarılan avtomobillər arasında Daxili İşlər Nazirliyinin tabeliyində olan “BMW-320” və “FIAT Doblo” markalı avtomobillər, həmçinin Mərkəzi Bankın və Nazirlər Kabinetinin nəqliyyat vasitələri də var.

Komitənin dərc etdiyi siyahıda DİN-ə məxsus 2007-ci ildə istehsal edilən “BMW-320”-nin hərrac qiyməti 5200 manatdan, Nazirlər Kabinetinin 2006-cı il istehsalı olan “BMW 730” markalı avtomobilin qiyməti isə 22 500 manatdan başlayır.

Xəbər lenti
0