CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fuad Poladov bizi tərk etdi...

© Photo : KulisXalq artisti Fuad Poladov
Xalq artisti Fuad Poladov - Sputnik Azərbaycan
Abunə olmaq
Xalq artisti uzun sürən xəstəlikdən sonra 69 yaşında dünyasını dəyişib

BAKI, 5 may — Sputnik. Xalq artisti Fuad Poladov vəfat edib.

Bu barədə Sputnik Azərbaycan-a Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrından məlumat verilib.

Xalq artisti uzun sürən ağır xəstəlikdən sonra 69 yaşında dünyasını dəyişib. O, onkoloji xəstə olub. Mərhumla vida mərasimi bu gün evində keçiriləcək. Fuad Poladov Yasamal rayonundakı "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib. Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. ADİİ-nin Dram və kino aktyorluğu fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. İyirmi il bu kollektivdə işləyib. 20 mart 1987-ci ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adını alıb. Fuad Poladov 43 filmə çəkilib, Akademik Milli Dram Teatrında və Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində onlarla rol oynayıb.

Xəbər lenti
0