BAKI, 5 may — Sputnik. Twitter sosial şəbəkəsi istifadəçilərə xəbərdarlıq edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, şəbəkə istifadəçilərindən şifrələrini dəyişməyi xahiş edib.
Şəbəkənin xəbərdarlığında bildirilib ki, sistem təhlükəsizliyində baş verən xətaya görə, istifadəçilərin şifrələri şirkətdaxili kompüter şəbəkəsinin əməkdaşlarının əlinə düşə bilər.
"Siz şifrə seçəndə biz xüsusi texnologiya ilə onu elə veririk ki, şirkətdə onu heç kim görə bilmir. Bir müddət əvvəl biz daxili jurnalda gizlədilməmiş şifrələr aşkarlamışıq. Biz bu xətanı aradan qaldırmışıq" — deyə şirkətin açıqlamasında bildirilir.
Xatırladaq ki, hazırda Twitterin 300 milyon istifadəçisid var. Şifrələri dəyişmək bütün istifadəçilərə məsləhət görülüb.