BAKI, 5 may — Sputnik. Şamaxıda ana doğuşdan sonra dünyasını dəyişib.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Şamaxı şəhər sakini, 1984-cü il təvəllüdlü Amirə Binyətova doğuş üçün rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Qeysəriyyə əməliyyatı ilə qız övladı dünyaya gətirən A. Bünyatovanın qəflətən halı pisləşib və o, komaya düşüb.
Yerli və Bakıdan dəvət olunan həkimlərin tibbi yardımlarına baxmayaraq, qadını xilas etmək mümkün olmayıb.