Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Qüdrət Həsənquliyev: “QHT-lər hökumətə ciddi nəzarəti etməlidir”

© Photo : APAMillət vəkili Qüdrət Həsənquliyev
Millət vəkili Qüdrət Həsənquliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili Qüdrət Həsənquliyev deyir ki, hüquqi dövlətin quruculuğunda uğur əldə etmək və mülki cəmiyyətin qurulması üçün QHT-lərin fəaliyyətinə diqqət yetirilməlidir

Qüdrət Həsənquliyev: “Azərbaycanda QHT-lərin maddi-texniki bazası zəifdir”
Hüquqi dövlət quruculuğunda uğur əldə etmək və mülki cəmiyyətin qurulması üçün QHT-lərin fəaliyyətinə diqqət yetirilməlidir. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında deputat Qüdrət Həsənquliyev bildirib.

“İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, mülki cəmiyyət quruculuğu ölkədə güclü vətəndaş cəmiyyəti institutlarının formalaşmasından keçir. Hökumətin, siyasi partiyaların, dövlət orqanlarının üzərində QHT-lərin ciddi nəzarəti olmalıdır. Hazırda Azərbaycanda QHT-lərin maddi-texniki bazası olduqca zəifdir. QHT-lərin fəaliyyətinə nəzarət edən dövlət orqanları öz işlərini yüngülləşdirmək üçün onların xaricdən qrant əldə etməsini praktik baxımdan mümkünsüz edib. Hazırda dövlətin imkanları QHT-lərə lazımınca qrant ayırmaq üçün məhduddur. Ölkədə qanunçuluğun daha ciddi qorunması, qanunun aliliyinin təmin olunması baxımından QHT-lərə dövlətin xüsusi diqqət və qayğısı lazımdır”.

Millət vəkilinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0