CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncədə yaşayış binası yanır, yaralılar var

Abunə olmaq
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub

BAKI, 5 may — Sputnik. Gəncə şəhərində yaşayış bınasının dam örtüyü yanır.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, yanğın şəhərin Dəmiryolu Vağzalının yaxınlığında, Heydər Əliyev prospektində yerləşən 2 mərtəbəli binada baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub.

Yanğın zamanı FHN-in yanğınsöndürənlərindən azı ikisi xəsarət alıb.

Sakinlər təxliyə olunub. Hazırda yanğın söndürülmək üzrədir.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Xəbər lenti
0