Hava xəbərdarlığı: Yağış, dolu, şimşək

© Sputnik / Ramil IbrahimovGüclü küləklə müşayiət olunan yağış rayonda ciddi fəsadlar törədib
Güclü küləklə müşayiət olunan yağış rayonda ciddi fəsadlar törədib - Sputnik Azərbaycan
Abunə olmaq
Mayın 5-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi gözlənilir

BAKI, 4 may — Sputnik. Bakıda və Abşeron yarımadasında mayın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər bəzi yerlərdə zəif duman olacaq.

Загрязнение окружающей среды, фото из архива - Sputnik Azərbaycan
Çirkli hava hər il 7 milyon adam öldürür

Şimal küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 13-16, gündüz 22-27, Bakıda gecə 14-16, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 5-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 25-30, dağlarda gecə 4-9, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə: Mayın 5-7-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da əksər əhali üçün əlverişlidir.

Xəbər lenti
0