Milli Məclisdə "söyüş kampaniyası"nın iştirakçıları barədə sərt təklif

© Sputnik / Murad OrujovZahid Oruc milli vəkil
Zahid Oruc milli vəkil - Sputnik Azərbaycan
Abunə olmaq
Zahid Oruc: "Fransada Azərbaycana qarşı söyüş kampaniyası aparan Vidadi İsgəndərli ilə bağlı həmin dövlətlərə xəbərdarlıq edilməlidir"

BAKI, 4 may — Sputnik. "Fransada Azərbaycana qarşı söyüş kampaniyası aparan Vidadi İsgəndərli ilə bağlı həmin dövlətlərə xəbərdarlıq edilməlidir". Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanda İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorunun hesabat çıxışına münasibət bildirən deputat Zahid Oruc deyib.

O bildirib ki, Vidadi İsgəndərli Azərbaycanın dövlət adamları və onların övladlarına qarşı siyasi terror təşkil edəcəkləri ilə hədələyir: "Hesab edirəm ki, Azərbaycanın Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu bu insanların insan alveri təşkilatçıları olduğunu bildirməlidir. Eyni zamanda Azərbaycan tərəfi bu adamlara sığınacaq verən ölkələrə bildirməlidir ki, siz bu şəxslərdən Azərbaycana qarşı siyasi istismar kimi istifadə edirsiniz".

Xəbər lenti
0