Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qəzalar daha çox bu saatlarda baş verir

© REPORTYol qəzası, arxiv şəkli
Yol qəzası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qaydaların pozulmasına görə 14,2 milyon manat məbləğində cərimələr tətbiq edilib

BAKI, 4 may — Sputnik. 2018-ci ilin yanvar-mart aylarında ölkənin avtomobil yollarında 376 və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz az yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 11,9 faiz azalaraq 505 nəfər olub. Onlardan 162-si həlak olub, 343-ü isə yaralanıb. Hadisələrin 35,1 faizi gündüz, 37,2 faizi gecə, 27,7 faizi isə toran vaxtı baş verib, 26,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Məlumata görə, yol-nəqliyyat hadisələrinin 91,8 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 14,3 faiz artaraq 136 nəfər, yaralananların sayı isə 15,0 faiz azalaraq 328 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 53,2 faizi (ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çox) nəqliyyat vasitələrinin və piyadaların, 31,1 faizi (14,6 faiz az) bir neçə nəqliyyat vasitəsinin, 15,7 faizi (21,3 faiz az) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. 

Сотрудник дорожно-патрульной службы в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakının mərkəzi hissəsində qəza baş verib, sıxlıq yaranıb

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 80,9 faizini, yaralananların isə 79,0 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 11 hadisə baş verib, nəticədə 8 nəfər ölüb, 8 nəfər yaralanıb. Belə hadisələrin 72,7 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədillib.

2018-ci ilin yanvar-mart aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2017-ci ilin müvafiq dövrünə nisbətən 5,1 faiz artaraq 786,2 min olub. Xətaların 50,1 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması (ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çox), 13,2 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (47,2 faiz çox), 12,6 faizi dayanma və ya durma qaydalarının pozulması (12,0 faiz çox), 10,4 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (4,4 faiz az), 2,6 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (24,8 faiz az), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb. Qaydaların pozulmasına görə 14,2 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Xəbər lenti
0