Mübariz Qurbanlı: “MDTF-nin yaradılması təqdirə layiqdir”
“Bizim üçün milli-mənəvi dəyərlərin təbliği, mühafizəsi əhəmiyyət kəsb edir”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQDİK) sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF) bu baxımdan təqdirə layiqdir: “Prezident tərəfindən Fonda vəsait ayrılıb. Fond Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə maddi dəstək alacaq din xadimlərinin siyahısını müəyyənləşdirib. Siyahıya əsasən, QMİ-nin təyin etdiyi, məscidlərdə çalışan imam, imam naibləri və mütəvəllilər bank hesablarından ödənişləri ala biləcəklər”.
10 oktyabr 2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması ilə bağlı Fərman imzalayıb.