Azərbaycan XİN qalmaqallı xəbəri təkzib etdi

© Sputnik / Murad OrujovЗдание Министерства иностранных дел Азербайджанской Республики в Баку
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan
"İranın nüvə proqramına dair məlumatların Azərbaycan ərazisindən keçirilməsi ilə bağlı xəbər saxtadır"

BAKI, 4 may — Sputnik. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bəzi xarici KİV-lərdə guya İranın nüvə proqramına dair məlumatların Azərbaycan ərazisindən keçirilməsi barədə yayılan informasiya ilə bağlı AZƏRTAC-ın sualını cavablandırıb.

Sputnik Azərbaycan-ın məlumatına əsasən, Hacıyev bəzi kütləvi informasiya vasitələrində guya İranın nüvə proqramına dair məlumatların Azərbaycan ərazisindən keçirilməsinə dair yayılan informasiyaya münasibət bildirib. Onun sözlərinə görə, yayılmış bu informasiya ən ciddi qaydada Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən araşdırılıb.

"Tam əminliklə bildiririk ki, bu məlumatın həqiqətlə heç bir uyğunluğu yoxdur, sırf saxta (fake) xəbərdir" — Hacıyev bəyan edib.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала