BAKI, 4 may — Sputnik. Ermənistan Respublikaçı Partiyası (ERP) parlamentdə çoxluğa baxmayaraq özünü müxalifət hesab edəcək.
Sputnik Azərbaycan News.am-a istinadən xəbər verir ki, bunu Respublikaçılar Partiyasının fraksiyasının deputatı, parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Armen Aşotyan bildirib.
"Şəxsi qənaətimə görə, yeni siyasi güclərlə əməkdaşlıq üçün heç bir yol yoxdur. Biz bu hökumətin bir hissəsi olmayacağıq", — deyə Aşotyan qeyd edib.
Aşotyan qeyd edib ki, əgər küçələrdə sakitlik olacaqsa onlar baş nazir seçilməsini dəstəkləyəcəklər: "Bizim istənilən namizədi dəstəkləmək üçün iki kriteriyamız var. Birincisi – lazımı qədər imza, ikincisi – küçələrdə vəziyyəti sakitləşdirmək, dövlət əhəmiyyətli yolları, hava limanlarını bağlamamaq və s. Nikol Paşinyan bu kriteriyalara uyğun olan adamdır".