CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın ən yaxşı videolayihəsi müəyyən ediləcək

© Photo : NETTY-nin mətbuat xidmətiNETTY Milli İnternet-Mükafatı
NETTY Milli İnternet-Mükafatı - Sputnik Azərbaycan
Abunə olmaq
NETTY2018 Milli Internet-Mükafatı çərçivəsində ən yaxşı videolayihələr aşkar ediləcək

BAKI, 4 may — Sputnik. NETTY2018 Milli İnternet Mükafatı davam edir. Müsabiqənin təşkilat komitəsi yeni, əlavə "Ən yaxşı Azərbaycan onlayn-videolayihəsi" nominasiyasının yaradılması barədə məlumat yayıb.

Videoiştirakçıların lonq-listi internet-istifadəçilərinin tövsiyələrinə əsasən tərtib edilib. Bu siyahı ilə www.netty.az/bestonlinevideo ünvanında tanış olmaq olar. Həmin səhifədə, 4 may tarixindən başlayaraq, internetin hər bir istifadəçisi sadəcə “Like” düyməsini tıklamaqla öz sevimli layihələrinə səs verə bilər. Vacibdir: bir neçə favoritlərinizə səs vermək mümkün olacaq. Səsvermə 22 maydək davam edəcək.

“Like”ları ən çox toplayan üç layihə, mükafatın nominantları olacaqlar. Təşkilat komitəsi və NETTY akademiyası mükafatlandırmanın final mərasimində üç nominant içərisindən qalibi elan edəcəklər. 

Вид на комплекс Flame Towers в Баку - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Bakının "Ekspo 2025" sərgisini qəbul etmək imkanları qiymətləndirilib

Eyni zamanda NETTY-in digər kateqoriyaları üzrə ərizələrin qəbulu davam edir. Portallar, saytlar, facebook-səhifələr, mobil proqramlar, İT-layihələr müsabiqənin əsas nominasiyaları çərçivəsində qeydiyyatdan keçir: "İdman", "Cəmiyyət", "Kommersiya saytı", "Təhsil və elm", "Mədəniyyət və incəsənət", "Dövlət saytı", "Azərbaycan" və s.

Ərizələrin qəbulu, virtual münsiflər heyətinin qeydiyyatı və ekspert şurasının formalaşması 15 may 2018-ci il tarixədək www.netty.az saytında davam edəcək.

Cari ildə, müsabiqə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Mədəniyyət Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir

NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. NETTY — Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə IT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində  Azərbaycanın birinci peşəkar mükafatıdır. NETTY mükafatı Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyalar sahəsində mütərəqqi xadimləri üzə çıxarır. 

Sputnik Azərbaycan NETTY2018 Milli İnternet Mükafatının informasiya tərəfdaşıdır.

Xəbər lenti
0