ELM

Ekspert nazirə etiraz etdi: "İmic xatirinə işləməyin"

© Sputnik / Murad OrujovTəhsil eksperti Kamran Əsədov
Təhsil eksperti Kamran Əsədov - Sputnik Azərbaycan
Abunə olmaq
"Əvvəllər nazirliyin cəzasızlığı var idisə, indi də yalnış cəzalandırılması dövrü başlayır deyəsən"

BAKI, 4 may — Sputnik. "Mənə çox maraqlıdır ki, 189-190 saylı orta məktəbdə baş verən hadisəni kim və necə araşdırıb". Bu sözləri təhsil eksperti Kamran Əsədov öz facebook səhifəsində yazıb. O, qeyd edib ki, sosial şəbəkələrdə müsbət imic formalaşdırılmaq üçün fəaliyyət göstərmək lazım deyil.

"Əmək Məcəlləsinin tələbləri var. Sənin kefin istəyir deyə, kimisə işdən azad edə bilməzsən. İşdən azad edilmənin əsasları var. Yəni, azad edilməyə qədər də başqa cəza təyin etmə növləri var. Əvvəllər nazirliyin cəzasızlığı var idisə, indi də yanlış cəzalandırılması dövrü başlayır deyəsən" — deyə ekspert qeyd edib.

Ekspertin fikrincə, müəllimin Əmək Məcəlləsinin tələblərinə uyğun olmayan şəkildə, tam şəkildə araşdırılma aparılmadan işdən azad edilməsinə görə bu əmri imzalayan, araşdırmada iştirak edənlər də cəzalandırılmalıdır.

"Bu yanlış addımlar müəllimin nüfuzunun aşağı düşməsinə, ona qarşı inamsızlıq yaranmasına gətirib çıxarır. Özünüzə qəhrəman obrazı yaratmaq üçün insanları düşmən kimi göstərməyin. O müəllimin təhsildə fəaliyyəti sizin təhsildə olduğunuzdan çoxdur. O şəxs pedaqoji təhsil alıb, təhsilin içindən gəlib" – deyə ekspert qeyd edib.

Xəbər lenti
0