Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qəzəbləndi və canlı yayımda intihar etdi

© Photo : Sosial şəbəkəŞahin Can
Şahin Can - Sputnik Azərbaycan
Abunə olmaq
Şahin Canın evinə gedən polis və Təcili yardım onun öldüyünü müəyyən edib.

BAKI, 4 may — Sputnik. Türkiyədə çavuş canlı yayımda intihar edib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə Gümüşhanə vilayətinin Kəlkit ilçəsində xidmət edən 22 yaşlı Şahin Can Antalyada yaşayan sevgilsi ilə WhatsApp-dan canlı yayımda danışan zaman mübahisələri düşüb. Əsəblərini cilovlaya bilməyən Can silahını çıxararaq başına atəş açaraq intihar edib.

Hadisəni polisə qızın ailəsi xəbər verib. Şahin Canın evinə gedən polis və təcili yardım onun öldüyünü müəyyən edib.

Bildirilir ki, Şahin Can 1 il imiş ki, çavuş kimi çalışırmış.

Xəbər lenti
0