Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Türkiyədə dolların məzənnəsi yenidən rekord vurub

CC0 / JESHOOTS / dollarДоллары, фото из архива
Доллары, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyədə ABŞ dollarının məzənnəsi 4.2296 lirəyə çatıb

BAKI, 3 may — Sputnik. Türkiyədə ABŞ dollarının məzənnəsi 4.2296 lirəyə çataraq yenidən rekord vurub. Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, bu artım Türkiyə Statistika Qurumunun aprel ayı üzrə inflyasiya rəqəmlərini açıqlamasından sonra baş verib.

Belə ki, apreldə istehlakçı qiymətləri indeksi (inflyasiya) aylıq 1.87%, illik isə 10.85% artıb. İnflyasiyanın aylıq 1.5%, illik 10.5% olacağı proqnozlaşdırılırdı.

Qeyd edək ki, apreldə ən çox ayaqqabı və geyimlər bahalaşıb — 10,4%.

Xəbər lenti
0