BAKI, 3 may — Sputnik. Saqqallı kişilərin daha başadüşən və övlad tərbiyə etmə mövzusunda daha bacarıqlı olduğu iddia edilir.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Queenland Universitetinin alimləri qadınların saqqallı kişilərlə uzunmüddətli münasibətlər düşündüyünü müəyyən edib. Araşdırmaya görə, qadınlar başqa tipli kişilərlə görüşməyi, saqqallı kişilərlə isə ailə qurmağa üstünlük verir.
Araşdırmaçılar kişilərin, saqqallı, az saqqalı və saqqalsız şəkildə şəklini çəkib, qadınlara göstərərək 0-6 xal verməsini istəyib.
Qadınların çoxu az saqqalı kişilərlə qısa müddətli, uzun saqqallı kişilərlə isə uzun müddətli münasibətlər düşündüklərini bildiriblər.
Araşdırmaya görə, kişilər saqqal saxladığı zaman üzləri cazibəli bir hal alır. Yəni saqqal üz xətlərini tənzimləyir.