Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şabranda 13 yaşlı qızın zorlanmasının üstü 4 aydan sonra açıldı

Abunə olmaq
Həkim qızın 4 aylıq hamilə olduğunu görüb və dərhal polisə müraciət edib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 3 may — Sputnik. Şabranda 13 yaşlı qızın zorlanma faktının üstü aylar keçdikdən sonra açılıb.

Hadisə rayonun Əmirxanlı kəndində baş verib. Zərəçəkmişin qohumlarının Sputnik Azərbaycan-ın bölgə müxbirinə dediklərinə görə, hadisə 4 ay öncə baş verib. 21 yaşlı kənd sakini Ehtiram adlı şəxs bacısı Səfayədən qonşu qızını bir bəhanə ilə evə çağırmağını xahiş edib. Bacısı isə Selcan Əliyevanı (ad şərtidir) ona kömək etmək üçün evinə çağırıb. Selcan gəldikdən sonra Səfayə çaya dərman maddəsi qataraq 13 yaşlı S.Əliyevaya içirdib. Qız özündən gedəndən sonra Səfayənin qardaşı Ehtiram qızı zorlayıb. Selcan qorxusundan 4 ay bu hadisəni ailəsindən gizlədib.

Daha sonra qızın ağrıları başlayıb və o, həkimə aparılıb. Həkim qızın 4 aylıq hamilə olduğunu görüb və dərhal polisə müraciət edib. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma gedir.

Hadisəni törədən Ehtiram saxlanılıb.

Şabran rayon polis şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumara görə, hadisənin zorlama olması və yaxud qarşılıqlı razılıq əsasında baş verməsi istintaqdan sonra məlum olacaq. 

Xəbər lenti
0