Paytaxtda qadını öldürdü, sevgilisini yaraladı - Gəncədə təslim oldu

CC0 / charlemagne / knifeУдар ножом в сердце, фото из архива
Удар ножом в сердце, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Görülmüş tədbirlər nəticəsində R.İbrahimzadə könüllü olaraq Gəncə Şəhər Baş Polis İdarəsinə gələrək təslim olub

Bakı, 3 may — Sputnik. Mayın 1-də paytaxtın Nərimanov rayonu Xətai prospektindəki evlərin birinin qarşısında qətl hadisəsi törətmiş şəxs polisə təslim olub.

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a daxil olmuş məlumatda deyilir ki, Gəncə şəhər sakini Rəşad İbrahimzadə münaqişə zəminində keçmiş arvadı Zəhra İbrahimovaya və onunla birgə olan Bakı şəhər sakini Emil Əliyevə bıçaqla xəsarətlər yetirərək hadisə yerini tərk etməsi, nəticədə Z.İbrahimovanın hadisə yerində ölməsi, E.Əliyevin isə xəstəxanaya yerləşdirilməsi faktı ilə əlaqədar dərhal rayon polis idarəsi və prokurorluğunun əməkdaşları tərəfindən istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Görülmüş tədbirlər nəticəsində R.İbrahimzadə könüllü olaraq Gəncə Şəhər Baş Polis İdarəsinə gələrək təslim olub, cinayətin aləti olan bıçağı da polisə təqdim edib.

Xəbər lenti
0