Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı ifaçı inqilab etdi: Heç kəsin tanımadığı qızı 2 milyon adam dinləyib

© Photo : Instagram / nahidebabashliNahidə Babaşlı
Nahidə Babaşlı - Sputnik Azərbaycan
Abunə olmaq
Gənc azərbaycanlı ifaçı Nahidə Babaşlı bir gün ərzində sosial şəbəkələrdə ulduza çevrilib.

BAKI, 3 may — Sputnik. Gənc azərbaycanlı ifaçı Nahidə Babaşlı bir gün ərzində sosial şəbəkələrdə ulduza çevrilib. Onu göy üzünə qaldıran türk müğənni Murad Göyəbaxanın (Murat Gögebakan) repertuarından "Ay üzlüm" ("Ay yüzlüm") mahnısını möhtəşəm ifa etməsidir.

Sputnik Azərbaycan-ın məlumatına görə, Babaşlı "YouTube"da öz ifasının videoçarxını yerləşdirib. Səkkiz gün ərzində onun ifasını 1 920 581 nəfər dinləyib. Dinləyicilər onun səsi, ifası və özü barədə təriflər yağdırıblar. Babaşlının ifası Türkiyə KİV-lərində də yüksək qiymətləndirilib və türk sosial media istifadəçiləri onun haqqında müsbət ifadələr işlədiblər.

Babaşlı tələbədir, təhsil almaqla yanaşı gitara da çalır və oxuyur. O, Azərbaycanı beynəlxalq musiqi müsabiqələrində təmsil etməyi arzulayır. Babaşlı hazırda öz üzərində daha çox işləyir və "O səs Türkiyə" layihəsinin kastinqlərinə qаtılmağı planlaşdırır. Gənc ifaçı müxtəlif janrlarda və dillərdə oxuyur. O, özünə daha çox xarici kompozisiyaları yaxın bilir. 

Xəbər lenti
0