ABŞ prezidentini “ayaqqabı atəşi”nə tutan jurnalist deputat olacaq

© AFP 2024 / PIERRE VERDYMuntazar əl-Zeydi
Muntazar əl-Zeydi - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 3 may — Sputnik. 2008-ci ildə ABŞ prezidenti Corc Buşa ayaqqabı atmaqla məşhurlaşan iraqlı jurnalist Muntazar əl-Zeydi millət vəkilliyinə namizədliyini irəli sürüb. Bu barədə Sputnik AzərbaycanSon Dakika”ya istinadən xəbər verir.

Jurnalist öz “Twitter” səhifəsində qeyd edib ki, o, mayın 12-də İraqda keçiriləcək seçkilərə qatılacaq.

Qeyd edək ki, 2008-ci ildə İraqa səfər edən ABŞ prezidenti Corc Buş baş nazir Nuri əl Maliki ilə mətbuat konfransı keçirərkən iraqlı jurnalist Muntazar əl-Zeydinin hücumuna məruz qalıb. Jurnalist hər iki ayaqqabısını çıxararaq prezidentə tərəf atıb. Həmin vaxt o, təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən dərhal zərərsizləşdirilərək salondan çıxarılıb.

O zaman jurnalistə 9 ay həbs cəzası verilmişdi.

Xəbər lenti
0