ABŞ-dan İrana qarşı ağlasığmaz tələb

Abunə olmaq
ABŞ İrandan 11 sentyabr hadisələrinə dolayı yardım etdiyinə görə 6 milyard dollar təzminat istəyir

BAKI, 3 may — Sputnik. Nyu-Yorkda federal hakim İranın 11 sentyabr hadisələrində zərərçəkənlərin ailələrinə 6 milyard dollar təzminat ödəməsi ilə bağlı qərar verib. Federal hakim 2001-ci il sentyabrın 11-də ABŞ-da baş verən terror aktlarında İranı bilavasitə məsul tutub.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, iddianamədə İranın hücumu həyata keçirən Əl-Qaidə fəallarına texniki dəstək verdiyi, təlim və planlaşdırma məsələlərində kömək etdiyi bildirilib.

Qeyd edək ki, 11 sentyabr hadisələrinə dair rəsmi istintaq aparan komissiya hesabatında İranın terror hücumlarında birbaşa rolu olmadığı bildirilmişdi.

Xəbər lenti
0