Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Hindistanda güclü qum fırtınası: 100-dən çox ölü

© AFP 2024 / ARUN SANKARHindistanda təcili yardım maşını
Hindistanda təcili yardım maşını - Sputnik Azərbaycan
Abunə olmaq
Fırtına səbəbindən paytaxt Dehlidə hava limanı bağlanıb, aviareyslər təxirə salınıb

BAKI, 3 may — Sputnik. Hindistanda güclü qum fırtınası nəticəsində 100-dən çox insan ölüb, 130-dan artıq adam yaralanıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, ötən gün ölkənin şimalında yerləşən bir neçə ştatda qum fırtınası müşahidə olunub.

Telekanalın məlumatına görə, qum fırtınası nəticəsində bir neçə ev dağılıb. Güclü külək yaşayış məntəqələrinə elektrik enerjisinin verilişində fasilələrin yaranmasına səbəb olub.

Qum fırtınası ən çox Racəstan vilayətinin şərq rayonlarına – Alvar, Colpur və Bxaratpura zərər vurub. Ştatın naziri Vasundhara Raca öz "Twitter" səhifəsində ölən şəxslərin yaxınlarına başsağlığı verib və ehtiyacı olanlara köməklik göstəriləcəyini vurğulayıb.

Fırtına səbəbindən paytaxt Dehlidə hava limanı bağlanıb, aviareyslər təxirə salınıb.

Xəbər lenti
0