Bakı, 2 may — Sputnik. Ötən gün Zaqatala rayonunda üç uşaq atası özünü asıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, rayonun Ələsgər kənd sakini, 1981-ci il təvəllüdlü Ramin Muradovun intihar etdiyi məlum olub.
Mərhumun meyiti yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinin çardağında asılmış vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.
Qeyd edək ki, intihar edən şəxs üç uşaq atasıdır. Mərhumun hansı səbəbdən özünə qəsd etdiyi hələlik məlum deyil.
Baş vermiş hadisə ilə bağlı Zaqatala Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.