Müxalifət partiyalarından Ərdoğana qarşı gözlənilməz ittifaq

© Photo : Murat Cetinmuhurdar / Presidential Palace / Handout via REUTERSTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Amma prezident seçkilərində isə hər partiya öz prezidentliyə namizədini dəstəkləyəcək

BAKI, 2 may — Sputnik. Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP), İYİ Partiya, Səadət Partiyası və Demokrat Partiyası iyunun 24-də keçiriləcək növbədənkənar prezident və parlament seçkiləri ilə bağlı ittifaq yaratmaq barədə razılığa gəlib.

Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, 4 partiya parlament seçkilərində ittifaq yaratmaq barədə qərar qəbul edib. Sabah bu partiya sədrləri parlament seçkiləri ilə bağlı ittifaq protokolu imzalayacaqlar.

Amma prezident seçkilərində isə hər partiya öz prezidentliyə namizədini dəstəkləyəcək. Sabah CHP Partiyası prezidentliyə namizədini irəli sürmək üçün toplanacaq.

Xəbər lenti
0