BAKI, 2 may — Sputnik. Prezident İlham Əliyev "İpoteka kreditləşməsinin bəzi məsələləri haqqında" 22 iyun 2016-cı il tarixli fərmanına dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, yeni fərmana görə, ilkin mənzil bazarından ipoteka ilə aldığı əmlaka görə 40%-dən çox ilkin ödəniş edənlərin aylıq ödəniş məbləğinə limit qoyulmayacaq.
Xatırladaq ki, hazırda qüvvədə olan qaydaya görə, ipoteka krediti üzrə ödənilən aylıq məbləğ borcalanın aylıq gəlirinin 70%-dən çox ola bilməz. Artıq bu tələb ilkin ödənişi 40%-dən çox olanlara aid edilmir.