Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Özbəkistanın türk dünyasına inteqrasiyası nə vəd edir? - Ekspert şərhi

© Sputnik / Murad OrujovЭльхан Шахиноглу, политолог, руководитель аналитического центра "Атлас"
Эльхан Шахиноглу, политолог, руководитель аналитического центра Атлас - Sputnik Azərbaycan
Abunə olmaq
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, bu qayıdış türkdilli ölkələr arasında humanitar və siyasi əlaqələrin inkişafında xüsusi rol oynayacaq

Elxan Şahinoğlu: “Özbəkistan regional layihələrdə iştirak etmək istəyir”
Özbəkistan hökuməti Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına qoşulmaq qərarına gəlib. Bunu Özbəkistan prezidenti Şövkət Mirziyoyev Daşkənddə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. 

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, Özbəkistanın bu qərarı çox əhəmiyyətlidir: “Çünki mərhum prezident İslam Kərimovun dövründə Özbəkistan bu şuradan çıxmışdı və türkdilli ölkələrlə sıx münasibət saxlamırdı. Hazırki prezident türkdilli ölkələrlə yaxınlaşmağa üstünlük verir. Bu qayıdış türkdilli ölkələr arasında humanitar və siyasi əlaqələrin inkişafında xüsusi rol oynayacaq. Həmçinin Özbəkistan regional layihələrdə iştirak etmək istəyir. Özbəkistanın Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına qayıtması onu Türkiyə və Azərbaycanla strateji tərəfdaş səviyyəsinə gətirir”.

Qeyd edək ki, 16 sentyabr 2010-cu ildə Türkdilli ölkələrin dövlət başçılarının İstanbulda keçirilən 10-cu zirvə toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılması haqqında qərar qəbul edilib. 

Xəbər lenti
0