CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təklif gəldi: Deputatların, hakimlərin, ombudsmanın maaşı artırılsın

Abunə olmaq
İclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinləniləcək

BAKI, 2 may — Sputnik. Mayın 4-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, iclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinləniləcək.

İclasda "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında", "Müəllif hüququ və əlaqəli hüquqlar haqqında", "İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında", "Mədəniyyət haqqında" və digər qanunlarda dəyişikliklər müzakirə ediləcək.

Həmçinin, əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsinə ikinci oxunuşda baxılacaq.

APA-nın məlumatına görə, Milli Məclisin iclasının gündəliyinə daha 4 məsələ əlavə edilib. Əlavə olunan məsələlər Ombudsmanın, Konstitutsiya məhkəməsi hakimlərinin, məhkəmə hakimlərinin fəaliyyəti və deputatların statusu ilə bağlı qanunlara dəyişikliklərdir. Layihələrdə Ombudsmanın, qeyd olunan məhkəmə hakimlərinin və deputatların əmək haqlarının 10 faiz artırılması təklif olunur.

Xəbər lenti
0