BAKI, 2 may — Sputnik. Makron baş nazirin arvadına “sataşdı”, ona “dadlısan” dedi
Fransa prezidenti Emmanuel Makron Sidneydə çıxışı zamanı Avstraliyanın baş naziri Malkolm Ternbullun həyat yoldaşı Lyusi Terbullu “dadlı” adlandırıb. Bu barədə Sputnik Azərbaycan “AP”yə istinadən xəbər verir.
Olay hər iki ölkə başçısının Sidneydə birgə keçirdiyi mətbuat konfransı zamanı baş verib. “Mən qonaqpərvərliyinizə görə sizə və sizin dadlı xanımınıza təşəkkür etmək istəyirəm” – deyə Makron bildirib.
Fransa prezidentinin bu sıtatı bir çox KİV və sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılıb. “Twitter” istifadəçiləri vurğulayıblar ki, böyük ehtimalla Fransa prezidenti səhv edib və ya fransız dilində olan “delicieux” sözünü yanlış tərcümə edib. Bu sözün həmçinin “füsunkar” kimi mənası da var.
Qeyd edək ki, Emmanuel Makron çərşənbə axşamı üç günlük Avstraliyaya səfərə gedib.