İstanbul-Yerevan aviareysi təxirə salınıb

CC0 / mmisof / AirbusTəyyarə
Təyyarə - Sputnik Azərbaycan
Abunə olmaq
Aviareysin hansı səbəbdən ləğv olunduğu bildirilmir

Bakı, 2 may — Sputnik. "Atlasglobal" aviaşirkəti İstanbul-Yerevan aviareysini təxirə salıb. Bunu Sputnik Ermənistan-a Müli Aviasiya üzrə Baş idarənin mətbaut katibi Satenik Ovannisyan bildirib.

"Hazırda bir reys — "Atlasglobal" aviaşirkətinə məxsus, İstanbuldan Yerevana baş tutmalı olan reys ləğv olunub. Digər uçuşlar cədvələ uyğun şəkildə həyata keçirilir", — deyə Ovannisyan qeyd edib.

Aviareysin hansı səbəbdən ləğv olunduğu bildirilmir. Ola bilsin ki, texniki nasazlıq baş verib.

Qeyd edək ki, mayın ikisi səhər saatlarından Ermənistanda kütləvi aksiyalar keçirilir, küçələr, hava limanına gedən yol bağlanılıb, nəqliyyatın və metronun hərəkəti məhdudlaşdırılıb.

Xəbər lenti
0