Yerevanda bunu da etdilər - 4 saata ölkənin taleyi həll olunacaq

© Sputnik / Ashot SafaryanАктивисты заблокировали вход в министерство юстиции (2 мая 2018). Еревaн
Активисты заблокировали вход в министерство юстиции (2 мая 2018). Еревaн - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda nümayişçilər nazirliklərin binaları qarşısında oturaq aksiya keçirirlər

Bakı, 2 may — Sputnik. Ermənistan paytaxtı Yerevanda müxalifət lideri Nikol Paşinyanın tərəfdarları Ədliyyə, Mədəniyyət və Təhsil Nazirliklərinə girişi məhdudlaşdırıb. Sputnik Ermənistan xəbər verir ki, Ermənistan polisinin rəisi Valeriy Osipyan nümayişçiləri əraziyə girişi bərpa etməyə çağırıb.

"Bu artıqdır. Onlar avtomobillərlə nazirliklərin binalarına girişi bağlayır. Burada isə maşınlar üçün yol yoxdur. Bizə artıq nazirliklərdən şikayətlər daxil olur", — deyə Osipyan qeyd edib. 

Hazırda nümayişçilər nazirliklərin binaları qarşısında oturaq aksiya keçirirlər. Polis onları ərazidən uzaqlaşdırmağa çalışır.

Etirazçıların yanında olan Nikol Paşinyan isə jurnalistlərə açıqlamasında özünün və tərəfdarlarının hadisələrin istənilən ssenari və inkişafına hazır olduğunu bildirib. 

Ermənistan parlamentinin bu günə planlaşdırılan iclası da təxirə salınıb. Belə ki, iclasa cəmi 27 deputat qatılıb və iclas kvorumun olmamasına görə yarımçıq qalıb.

Qeyd edək ki, Ermənistan parlamentində kvorum üçün ən azı 53 deputatın iclasda iştirak etməlidir.

© Sputnik / Ashot SafaryanErmənistan paytaxtı İrəvanda müxalifət lideri Nikol Paşinyanın tərəfdarları Təhsil Nazirliyinə girişi məhdudlaşdırıb
Ermənistan paytaxtı İrəvanda müxalifət lideri Nikol Paşinyanın tərəfdarları Təhsil Nazirliyinə girişi məhdudlaşdırıb - Sputnik Azərbaycan
1/3
Ermənistan paytaxtı İrəvanda müxalifət lideri Nikol Paşinyanın tərəfdarları Təhsil Nazirliyinə girişi məhdudlaşdırıb

2/3
Ermənistan paytaxtı İrəvanda müxalifət lideri Nikol Paşinyanın tərəfdarları Təhsil Nazirliyinə girişi məhdudlaşdırıb
© Sputnik / Ashot SafaryanErmənistan paytaxtı İrəvanda müxalifət lideri Nikol Paşinyanın tərəfdarları Ədliyyə Nazirliyinə girişi məhdudlaşdırıb
Ermənistan paytaxtı İrəvanda müxalifət lideri Nikol Paşinyanın tərəfdarları Ədliyyə Nazirliyinə girişi məhdudlaşdırıb - Sputnik Azərbaycan
3/3
Ermənistan paytaxtı İrəvanda müxalifət lideri Nikol Paşinyanın tərəfdarları Ədliyyə Nazirliyinə girişi məhdudlaşdırıb
1/3
Ermənistan paytaxtı İrəvanda müxalifət lideri Nikol Paşinyanın tərəfdarları Təhsil Nazirliyinə girişi məhdudlaşdırıb
2/3
Ermənistan paytaxtı İrəvanda müxalifət lideri Nikol Paşinyanın tərəfdarları Təhsil Nazirliyinə girişi məhdudlaşdırıb
3/3
Ermənistan paytaxtı İrəvanda müxalifət lideri Nikol Paşinyanın tərəfdarları Ədliyyə Nazirliyinə girişi məhdudlaşdırıb

Spiker Ara Babloyan qeyd edib ki, parlamentin reqlamentinə əsasən, dörd saat gözləmək lazımdır. Əgər deputatlar gəlməsə, iclas baş tutmayacaq.

Bu arada Avropa İttifaqı (Aİ) Avropa İttifaqı Ermənistandakı tərəfləri demokratik yolla yeni bir hökumət formalaşdırmaq üçün dialoqa çağırıb.

Aİ-nın rəsmi nümayəndəsi Maya Koçiyançiç bütün maraqlı tərəfləri danışıqlar masasına oturmağa çağırıb: "Bütün Ermənistan vətəndaşlarının maraqlarını əks etdirən və Konstitusiyaya əsaslanan yeni bir hökumətin demokratik şəkildə qurulmasına dair geniş bir dialoq başladılmalıdır".

Bu arada Rusiyanın Ermənistandakı səfirliyi də bu ölkədə olan vətəndaşlarına da İrəvanda bu gün keçiriləcək aksiyalar barədə xəbərdarlıq edib.

Xəbər lenti
0