Ermənistanda böhran dərinləşir: Karapetyan istefa verib

© Sputnik / Anar MustafayevПодписание договора страхования
Подписание договора страхования - Sputnik Azərbaycan
Abunə olmaq
Karapetyan: "Ermənistanın əsaslı təmizlənməyə ehtiyacı var"

BAKI, 2 may — Sputnik. Ermənistanın ərazi idarəetməsi və inkişaf nazirinin müavini vəzifəsini icra edən Varazdat Karapetyan istefa verib. Sputnik Ermənistan-ın məlumatına əsasən, bu barədə o öz Facebook səhifəsində yazıb. "Əziz dostlar, mən bu vəziyyətdə laqeyd qala bilmərəm. Mən nazir müavini vəzifəsindən imtina edirəm (heç bilmirəm ki, istefa ərizəsini kimə təqdim edim). Son səkkiz ay ərzində mən ölkəmizi daha yaxşı etməyə şalışırdım, lakin indi bacarmıram: öz həyatımı sirkə çevirə bilmərəm" — deyə o bildirib.

Karapetyanın sözlərinə görə, yaxın bir neçə ay ərzində Ermənistanda qurub-yaratmaq mümkün olmayacaq. Onun fikrincə, ölkədə "yalan və saxtakarlıq qalalarının dağıdılması" dövürüdür.

"Ölkəmizin əsaslı təmizlənməyə ehtiyacı var", — Karapetyan yazıb.

Mayın 1-də Ermənistan parlamenti baş naziri seçə bilməyib.

Xəbər lenti
0