Azər Allahverənov: “Formula-1 yarışlarına maraq ildən-ilə artır”
“Azərbaycanda beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi ölkəyə turistlərin gəlməsinə müsbət təsir göstərir”. Bunu “Formula-1” üzrə Azərbaycan Qran-prisinin ölkəmizdə turizmin inkişafına təsirlərini Sputnik Azərbaycan-a şərh edərkən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyib.
Ekspert bildirib ki, bu tipli tədbirlərdə ölkə haqqında informasiyaların digər ölkələrdə yayılması turizm şirkətlərinin yeni marşrutlar yaratmasına gətirib çıxarır:
“Formula-1 də bu yarışlar silsiləsindəndir. Formula-1 təşkilat komitəsinin məsul şəxsləri bildirir ki, bu il gələn turistlərin sayında 20 faiz artım var. Bu onu göstərir ki, yarışlara maraq ildən-ilə artır. Turizm sahəsində bu cür müsbət artımların olması təqdir olunmalıdır”.
Azərbaycan artıq 3 ildir Formula-1 Qran-prisinə ev sahibliyi edir.